COP-dan sonra həmin zolaqlar necə olacaq?

31 Oktyabr 2024 11:19

Xəbər verdiyimiz kimi Bakıda keçiriləcək COP29 tədbiri üçün bir sıra küçələrdə ayrıca zolaqlar təşkil edilib.Həmin zolaqlara girmək qadağan ediləcək.

Bəs COP29 bitəndən sonra həmin zolaqlar ləğv olunacaq?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Milli.Az-a bildirib ki, COP29 tədbirindən sonra heç bir avtobus, velosiped və digər xüsusi zolaqlar ləğv olunmayacaq.

"Zolaqlara çəkilən COP29 loqoları tədbirdən sonra silinəcək və zolaqlar nəqliyyat vasitələrinin hərəkət zolağı kimi fəaliyyət göstərəcək", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu gecə saat 00:00-dan etibarən Bakı şəhərinin bir sıra küçə və prospektlərində təşkil edilən COP29 zolaqlarına girmək qadağası qüvvəyə minir.

Nərmin Mahmudova
Milli.Az