İqtisadiyyat.az 6 yaşını qeyd edir - VİDEO

31 Oktyabr 2024 10:56

Bu gün İqtisadiyyat.az xəbər portalının 6 yaşı tamam olur.

2018-ci ilin oktyabrın 31-də fəaliyyətə başlayan sayt müstəqil informasiya siyasəti həyata keçirən media subyektidir. 

Portal ölkədə və dünyada baş verən ictimai, siyasi, mədəni, sosial və iqtisadi hadisələri, eləcə də bank sektorundakı yenilikləri, maliyyə və biznes xəbərlərini oxuculara çatdırır.

Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, reportajlar, müəllif yazıları, təhlil və araşdırmalar geniş oxucu kütləsinə təqdim olunur.

Saytın məqsədi xəbərləri oxuculara operativ, obyektiv və dəqiq şəkildə çatdırmaqdan ibarətdir. Məhz bu prinsiplərin sayəsində İqtisadiyyat.az bu gün etibarlı xəbər mənbəyinə çevrilib.

İqtisadiyyat.az saytla yanaşı böyük auditoriyaya malik olan rəsmi sosial şəbəkə səhifələri vasitəsi ilə də müstəqil informasiya siyasəti həyata keçirir. Bu gün İqtisadiyyat.az-ı "Telegram"da izləyənlərin sayı 21 mini, "İnstagram"da 54 mini, "Tiktok"da 70 mini, "Facebook"da isə 85 mini ötüb.

Kiçik kollektivi ilə daha böyük uğurlara imza atmağı hədəfləyən İqtisadiyyat.az oxucu və izləyicilərinə təşəkkür edir!

Milli.Az