Südü sağılan kimi içmək lazımdır, oksigenlə təmas etsə...

31 Oktyabr 2024 18:36

İnək südündə zülal və kalsium var, lakin inəyin südünü insan orqanizmi yaxşı mənimsəmir. Əgər süd sağılırsa, o artıq oksigenlə təmasdan dəyişir, zülal turşuyur, bu isə bizin orqanizmimizə heç lazım deyil.

Milli.Az medicina.az-a istinadən tərkibinə görə inək südündən geri qalmayan, əsl zülal və kalsium mənbəyi olan yaşıl süd iksiri reseptini təqdim edir:

- İspanaq - 10 dəstə;

- Kahı 1 dəstə;

- Nanə təzə - bir dəstə;

- Su - 2 stəkan.

Göyərtilər yuyulur, suyu süzülür, blenderə qoyulub, üzərinə otaq hərarətində su alınır. Blenderdən keçirilib, sonra tənzifdən süzülür və elə təzə-təzə içilir.

Bu içki sizin hüceyrələrinizi zülalla təmin edib, immunitetinizi möhkəmləndirəcək.

Milli.Az