“Mançester Siti” “Tottenhem”lə bacarmadı

31 Oktyabr 2024 10:25

"Mançester Siti" klubu İngiltərə Liqa Kubokunun 1/8 final oyununda "Tottenhem"ə məğlub olub.

Milli.Az report-a istinadən xəbər verir ki, komandalar London şəhərindəki "Tottenhem Hotspur" stadionunda üz-üzə gəliblər.

Qarşılaşma "Tottenhem"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 5-ci dəqiqəsində ev sahiblərinin heyətində almaniyalı hücumçu Timo Verner hesabı açıb. 25-ci dəqiqədə "Tottenhem"in yarımmüdafiəçisi Papa Matar Sarr meydan sahiblərinin üstünlüyünü artırıb.

İlk hissəyə əlavə olunan vaxtda portuqaliyalı yarımmüdafiəçi Mateus Nunyes "Mançester Siti"nin yeganə qolunu vurub.

Milli.Az