Cənubi Koreya hesab edir ki, Şimali Koreya tərəfindən buraxılan qitələrarası balistik raketdir.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah Komitəsinə istinadən xəbər verib.
Komitənin açıqlamasında deyilir ki, Şimali Koreya raketinin qitələrarası balistik tipli olması ehtimal edilir və o, kəskin trayektoriyadan buraxılıb.
Cənubi Koreya hərbçiləri, buraxılışın yerli vaxtla saat 07:10-da (Bakı vaxtı ilə saat 02:10-red) Pxenyan ərazisindən Yapon dənizinə doğru həyata keçirildiyini bildirib.
Yaponiya Sahil Mühafizəsi Xidməti, raketin Yaponiyanın xüsusi iqtisadi zonasının kənarında, Okusiri adasından təxminən 300 km qərbdə dənizə düşdüyünü bildirib.
Xatırladaq ki, 18 sentyabrda Şimali Koreya bir neçə qısa məsafəli balistik raket buraxmışdı, 2023-cü ilin 18 dekabrında isə qitələrarası balistik raket atışı həyata keçirilib.
Milli.Az