Ötən gün axşam saatlarında təhlükəli hadisə yaşanıb.
Belə ki, bir nəfər vətəndaş Abşeron rayonu, Xırdalan şəhəri ərazisində binanın damına çıxıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat veriblər.
Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1991-ci il təvəllüdlü Sakit Arzu oğlu Cəlilov beşmərtəbəli binanın damına çıxıb və özünə bədən xəsarətləri yetirib.
Xilasedicilər tərəfindən həmin şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Xilasedicilər tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində S.Cəlilov xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun