Tanınmış aktyor və Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvarsenegger Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi dəstəklədiyini açıqlayıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu haqda o "X" hesabında yazıb.
"Mən başa düşürəm ki, insanlar mənim fikrimi eşitmək istəyirlər, çünki mən təkcə məşhur bir insan deyiləm, həm də keçmiş Respublikaçı qubernatoram. Ona görə də Kamala Harrisə və vitse-prezidentliyə namizəd Tim Valsa səs verirəm", - deyə o bildirib.
Şvarzenegger bundan əvvəl miqrasiya böhranı səbəbilə ABŞ-ı bütün dünya üçün zibil qutusu adlandıran Respublikaçılar Partiyasının namizədi Donald Trampı tənqid etmişdi.
Onun fikrincə, Tramp amerikalıların problemlərini həll etməyəcək.
Milli.Az