Əməkdar artist axşamlar toya gedib, səhərlər isə qatıq satırmış - FOTO

31 Oktyabr 2024 08:23

Əməkdar artist Elnarə Abdullayeva illər öncə yaşadığı evin qapısının ağzında qatıq satıb, ailəsini dolandırıb.

Milli.Az parol.az-a istinadla xəbər verir ki, bu faktı xanım sənətçi "Rəngarəng səhər"in efirində təsdiq edib.

O bildirib ki, o vaxt yaşadığı Alatavadakı evinin qapısının ağzında qatıq satıb:

"Artıq o vaxt məşhur idim. Qardaşımgil rayondan kənd, ağartı məhsulları göndərirdilər, mən də satırdım. Burda nə ayıb bir şey var ki?! Başına dönüm qatığın, südün, şorun. Heyf deyil...". 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun