Rusiyada güclü zəlzələ oldu

31 Oktyabr 2024 07:07

Rusiyanın Buryatiya Respublikasının şimalında Baykal-Amur magistral xəttinin yaxınlığında 4,1 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsi bildirib.

Bildirilib ki, zəlzələ Severo-Baykal bölgəsinin Xolodnoye kəndindən 26 km şimal-qərbdə qeydə alınıb.

Məlumata əsasən, ərazidə yeraltı təkanlar hiss olunmayıb, həyati təminat vasitələri normal rejimdə işləyir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun