Natali Portman İstanbulda görüntüləndi - FOTO

31 Oktyabr 2024 07:20

"Leon" filmində yaratdığı qızcığaz obrazı ilə şöhrət qazanan kino ulduzu, "Oskar"lı aktrisa Natali Portman İstanbula gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 43 yaşlı sənətçi İstanbula səfər anlarını sosial şəbəkə hesabında paylaşıb.

"Qara qu quşu" filmi ilə ən nüfuzlu kino mükafatını alan Portman Qız Qülləsinə yollanıb. Məşhur pərəstişkarları ilə də foto çəkdirməyi unutmayıb.

Ekran ulduzunun Türkiyəyə səfərinin məqsədi açıqlanmır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun