Goranboyda avtomobillər toqquşdu - ana və oğlu xəstəxanalıq oldu

30 Oktyabr 2024 21:35

Goranboy rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az report-a istinadən xəbər verir ki, Səfikürd kəndində 2 avtomobilin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü M.Məmmədova və oğlu, 2001-ci il təvəllüdlü S.Məmmədov xəsarət alıb.

Zərərçəkənlər Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun