Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatında uğur qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Vətənə dönüb.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən qarşılanma mərasimində Azərbaycan Güləş Federasiyasının nümayəndələri, idmançıların yaxınları və media təmsilçiləri iştirak edib.
Tiranada keçirilən yarışda 3 qızıl medal qazanan yunan-Roma güləşi millimiz yekunda 85 xal toplayaraq birinci olub.
Qeyd edək ki, Albaniyada Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun