"Ən çox dövləti güldürmüşəm" deyib gəlirini açıqladı - Məbləğ təəccübləndirir

30 Oktyabr 2024 19:27

Pandemiya vaxtı şans üzünə gülən komediyaçı Hasan Can Kayanın gəliri açıqlanıb.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Azərbaycanda da kifayət qədər şöhrət qazanan komediyaçının illik gəliri 70-80 milyon lirə arası dəyişir.

O, qazandığı məbləğin 30 milyon lirəsini vergi olaraq ödəyib. Hətta, komediyaçı bu məbləğin çoxluğuna kinayə ilə "ən çox dövləti güldürmüşəm", - deyib.

Qeyd edək ki, 80 milyon lirə təxminən 3 milyon AZN-dir.

İsmayıl
Milli.Az