10 yaşlı qızının bu hərəkətinə görə anası cəzalandırıldı

30 Oktyabr 2024 19:39

Krımın Saki şəhərində 10 yaşlı qız rus ordusunu gözdən salmaqda təqsirli bilinib.

Milli.Az lent.az-a istinadən bildirir ki, yeniyetmələrlə iş şöbəsinin əməkdaşları Rusiya Silahlı Qüvvələrinin gözdən salındığı və dövlət bayrağının təhqir olunduğu video ilə rastlaşıblar. Məlum olub ki, videonun müəllifi 10 yaşlı məktəbli qızdır.

Nəticədə uşağın anası inzibati məsuliyyətə cəlb olunacaq. Qadına qarşı valideynlik öhdəliklərini yerinə yetirməmək maddəsi ilə protokol tərtib edilib. Polis bütün materialları şəhər yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyasına təhvil verəcək.

Milli.Az