Rusiya XİN-dən Finlandiya səfirinə etiraz

30 Oktyabr 2024 18:15

Rusiya Xarici İşlər Nazirliyi (XİN) bu ölkənin daşınmaz əmlakına qanunsuz həbs qoyulması ilə bağlı Finlandiya səfirinə qəti etirazını bildirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə diplomatik qurum məlumat yayıb.

Qeyd edilib ki, Rusiya Finlandiyadan daşınmaz əmlakın həbsi barədə qeyri-qanuni qərarına yenidən baxmağı tələb edir və lazım gələrsə, ölkə cavab tədbirləri görəcək.

Milli.Az