Əməkdar artistin övladı reanimasiyaya yerləşdirildi - Detallar - YENİLƏNİB

30 Oktyabr 2024 16:34

Əməkdar atist Elnarə Abdullayevanın qızının səhhətində problem yarandığı üzə çıxıb.

OLAY yazır ki, aparıcı Vüsalə Əlizadə onlara yanlış məlumatın daxil olduğunu qeyd edərək sənətçinin qızının reanimasiyaya yerləşdirildiyini söyləyib. 

O bildirib ki, Abdullayevanın özü ilə əlaqə saxlayıblar, lakin Əməkdar artist həkimlərdən cavab gözlədiyini deyib.

Qeyd edək ki, E. Abdullayevanın qızı ötən aylarda ailə qurub.

-------

15:30

Əməkdar artist Elnarə Abdullayevanın oğlu reanimasiyaya yerləşdirilib.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə "İncə səhər" verilişində aparıcı Vüsalə Əlizadə məlumat verib.

O bildirib ki, sənətçinin övladının səhhətində hansı problemin olduğunu bilmir.

Milli.Az