Ərdoğan qərar verdi, Azərbaycanı bu siyahıdan çıxartdılar

30 Oktyabr 2024 16:00

Türkiyə hökumətinin qərarı ilə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmayan ölkələrdən bəzi növ plastik məmulatların idxalına gömrük rüsumları artırılıb. Bu məsələdə yalnız Azərbaycan üçün istisna edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın idxal rejiminin dəyişdirilməsi ilə bağlı Sərəncamı Türkiyə hökumətinin rəsmi qəzetində - "Rəsmi Qəzetə"də - dərc olunub.

Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, gömrük rüsumlarının artırılması yerli istehsalın qorunması və stimullaşdırılması, habelə ölkənin ticarət kəsirinin azaldılması səyləri ilə bağlıdır.

Hökumətin qərarına əsasən, ÜTT-ə daxil olmayan ölkələrdən (Azərbaycan istisna olmaqla) idxal olunan plastik məmulatın bir tonu üçün 50-400 ABŞ dolları arasında əlavə rüsum tutulacaq.

Qərar dərc edildiyi andan 30 gün sonra qüvvəyə minir.

Milli.Az