AFFA-dan klublara CƏZA

30 Oktyabr 2024 13:29

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XI turunda baş verənlər müzakirə olunub.

"Turan Tovuz" - "Kəpəz" matçında hər iki komanda 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə edilib. Bu görüşdə qonaqların futbolçusu Dioqo Verdaska ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. "Kəpəz" 500 manat cərimələnib.

"Səbail" - "Sumqayıt" qarşılaşmasında hər iki klub 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat ziyana düşüb.

Milli.Az