Marsel zibilxanaya çevrildi

30 Oktyabr 2024 11:40

Fransanın Marsel şəhərinin bəzi ərazilərində təmizlik işçilərinin tətili səbəbindən bir neçə gündür zibil yığılmır və küçələrdə tullantı təpələri əmələ gəlib.

Milli.Az APA-ya istinadən bildirir ki, işçilər pis iş şəraitindən, işçi heyəti və avadanlıq çatışmazlığından şikayət edirlər.

Məlumata görə, təmizlik işçiləri öz şərtləri yerinə yetirilənə qədər tətili davam etdirmək niyyətində olduqlarını bildiriblər.

Milli.Az