Amerikalı reper, "Qremmi" mükafatı laureatı "Lil Durk" (Derk Benks) Floridada Mayami Beynəlxalq Hava Limanı yaxınlığında həbs edilib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Reper həmkarını öldürmək üçün sui-qəsddə ittiham olunur. Məhkəmə materiallarına görə, Derk reper Quando Rondonun başına mükafat qoyub. Beləliklə, "Lil Durk" şərikləri ilə birlikdə 2020-ci ilin noyabrında Atlantada güllələnən reper "King Vonun" qətlinin qisasını almaq istəyirmiş.
Prokurorlar reperin bu işdə beş nəfərlə əlbir olduğunu bildirib. Onlar Çikaqoda həbs ediliblər və tezliklə Los-Ancelesdə də məhkəmə qarşısına çıxacaqlar.
Milli.Az