“Şamaxı”, “Karvan” və “Zaqatala” 1/8 final üçün oynayacaq

30 Oktyabr 2024 10:42

Azərbaycan kubokunda II təsnifat mərhələsi davam edir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, üçüncü oyun günündə 1/8 finala dörd vəsiqənin sahibi bəlli olacaq.

Premyer Liqa təmsilçilərindən yalnız "Şamaxı" bu gün meydana çıxacaq. Ayxan Abbasovun komandası "Şəmkir"i sınağa çəkəcək.

İki qarşılaşmada I Liqa klubları üz-üzə gələcək. "Mingəçevir" "Zaqatala"nı, "Qaradağ Lökbatan" isə "Karvan"ı qəbul edəcək.

Günə "ASK Arena"da yekun vurulacaq. II Liqa təmsilçisi "Şəfa" I Liqa klubu "Difai" ilə görüşəcək.

Qeyd edək ki, mərhələ sabah başa çatacaq.

Azərbaycan kuboku
II təsnifat mərhələsi
30 oktyabr
14:00. "Şamaxı" - "Şəmkir"
Baş hakim: Kamran Əliyev
Şamaxı şəhər stadionu

14:00. "Mingəçevir" - "Zaqatala"
Baş hakim: Şamil İmanzadə
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu

14:00. "Qaradağ Lökbatan" - "Karvan"
Baş hakim: İslam Məmmədov
Lökbatan OİK stadionu

15:00. "Şəfa" - "Difai"
Baş hakim: Vüqar Həsənli
"ASK Arena"

Milli.Az