21:43
Oktyabrın 29-u axşam saat 10 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkətdə olan zaman iki nəfəri vurub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1995-ci il təvəllüdlü Elməddin Fərzəliyev və 2007-ci il təvəllüdlü Səbuhi Zərbəliyev qatarın altında qalıblar.
Hər iki şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.
Sakinlər qəza ilə bağlı bir sıra iddialar səsləndirib.
"Elektrovozun işığı yanmırdı, yansaydı görüb saxlayardı", - deyə Elməddin Fərzəliyevin əmisi bildirib.
Vətəndaşların iddiaları ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, səsləndirilən fikirlər həqiqəti əks etdirmir.
------------
09:59
Ötən gecə saat 22 radələrində paytaxtın Qaradağ rayonu ərazisində 2 nəfər qatarın altında qalaraq ölüb.
Milli.Az-ın əldə etdiyi məlumata görə, 1995-ci il təvəllüdlü E.Fərzəliyev və 2007-ci il təvəllüdlü S.Zərbəliyev hərəkətdə olan qatarın altında qalıblar. Onlar aldıqları xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər.
Hadisə ilə bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Milli.Az