"Khamenei.ir" portalının Azərbaycan xidmətinin X platformasındakı səhifəsi müvəqqəti olaraq bloklanıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İRNA məlumat yayıb.
Bildirilib ki, şənbə günü axşam X şirkəti İranın dini lideri Əli Xameneinin iki ilə yaxındır aktiv olan və bu müddət ərzində minlərlə abunəçi toplayan Azərbaycan dilindəki rəsmi hesabını bloklayıb. Bloklama naməlum səbəblərdən həyata keçirilib və bərpa edildikdən sonra abunəçilər tamamilə sıfırlanıb.
Qeyd edək ki, Xamenei platformasının Azərbaycan xidməti 2022-ci ildə bütün dünyadakı azərbaycanlı müsəlmanların "islam inqilabının böyük rəhbəri"nin çıxış və düşüncələrinə birbaşa çıxışını təmin etmək məqsədi ilə açılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun