23:03
"Spirtli içkilərin qiymətinin artırılması saxta spirtli içkilərin artımına, kölgə iqtisadiyyatına gətirib çıxaracaq".
Milli.Az Sfera.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin 29 oktyabr tarixli plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
"İçkilərin saxta olması, onun keyfiyyətsiz olması demək deyil. İçkinin keyfiyyəti ancaq laboratoriyada müəyyən edilə bilər. Elə içki hazırlana bilər ki, qeydiyyatdan keçəndən daha keyfiyyətli olsun.Saxta deyəndə biz onun qeydiyyatdan keçməməsini nəzərdə tuturuq. Bu məsələyə isə gərək hüquq mühafizə orqanları və Azərbaycan Dövlət Qida Təhlükəsizliyi Agentliyi ciddi nəzarət etsin.Spirtli içki aksizli mal sayılır, 4,8 manat vergi nəzərdə tutulur, bunu 10 manata qaldıra bilərik. Əgər insanların sağlamlığını qorumaq istəyiriksə, bu barədə qanuna düzəliş etmək lazımdır. Bundan başqa, bütün vergilər və ödənişlər qanunla müəyyən olunmalıdır", - millət vəkili bildirib.
------------
07:15
''Avropa Parlamenti bu qətnamə ilə nəinki bölgəmizdə tarixi və müasir reallıqlara qərəzli mövqe nümayiş etdirir, həm də Azərbaycanın əldə etdiyi qələbəyə meydan oxuyur''.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu Milli Məclisin dünən keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib. O əlavə edib ki, Avropa Parlamentinin noyabrda ölkəmizdə keçiriləcək COP-29 tədbirinə münasibəti də narahatlıq doğurur.
Digər millət vəkilləri də bildiriblər ki, COP 29-un ölkəmizdə keçirilməsi anti-Azərbaycan dairələri çox narahat edir...
Cari məsələlərdən sonra gündəliyə daxil olan qanun layihələrinin müzakirəsi aparılıb. İclasda əvvəlcə bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmaların nağdsız qaydada həyata keçirilməsi təklif olunub.
İclasda alkoqollu içkilərin minimum qiymətlərinin müəyyən olunmasını özündə əks etdirən qanun layihəsi millət vəkilləri arasında fikir ayrılıqları yaradıb.
"Torpaq icarəsi haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsində isə millət vəkili aqil abbas işğaldan azad edilən ərazilərdə torpaqların icarəyə verilməsindən danışıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, bu qanun layihəsi işğaldan azad edilmiş ərazilərə köçən insanlar üçün torpaq icarəsində yeni mütərəqqi şərait yaradır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun