Macarıstanın Baş naziri Viktor Orban Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidzeni və hakim "Gürcü Arzusu" partiyasını parlament seçkilərində qazandıqları qələbə münasibətilə təbrik edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Heç kim Gürcüstanda seçkilərin qeyri-demokratik olduğunu deməsin", - Orban bildirib.
Xatırladaq ki, Gürcüstanın hakim "Gürcü arzusu" partiyası oktyabrın 26-da keçirilən seçkilərdə məntəqələrin 99,97 faizinin nəticələrinə əsasən 53,93 faiz səs toplayaraq qalib gəlib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun