Sabunçu sakini olan bərbər 7 milyon manat borcu olduğuna görə həbs edilib.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, atasının iddialarına görə, oğlu Elgiz Hacıyevi iş qurmaq adıyla aldadıblar. Onu yaxşı pul qazanacağına inandırıblar.
Xanoğlan Hacıyev deyir ki, il yarım əvvəl oğlunun belə bir niyyəti olduğunu öyrənib və onu bu fikirdən daşındırıb. Bir neçə gün əvvəl isə 7 milyon manat borcunun olduğunu öyrənib.
Yaxınları sərhəddən keçirilənlərin hansı məhsul olduğundan da xəbərsizdirlər.
Xanoğlan Hacıyevin sözlərinə görə, oğlunun elə bir borcunun yaranması mümkün deyil. O deyir ki, Çernobılla bağlı əlilliyi var. Yaşadığı ev də göz qabağındadır.
Ailənin sözlərinə görə, Elgizin yaxın dostunun da eyni məbləğdə borcu yaranıb. Məsələ ilə bağlı onu öyrəndik ki, bu cür problem təkcə bir nəfərin başına gəlməyib. Yaxın günlərdə məsələ haqda ictimaiyyətə əlavə məlumatın veriləcəyi gözlənilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun