Geri addım: Xameneyi ilə bağlı qərar dəyişdi

29 Oktyabr 2024 23:48

X sosial media platforması İran lideri Əli Xameneyinin ivrit dilində olan hesabını blokdan çıxarıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, hesabın bloku təxminən bir gün davam edib. Bununla belə, Xameneyinin digər dillərdəki hesabları açıq qalmışdı.

Qadağa İran liderinin həmin hesabda İsraili hədələyən paylaşımından sonra tətbiq edilmişdi.

Platformanın açıqlamasında qeyd olunmuşdu ki, X-in qaydalarını pozduğuna görə fəaliyyəti dayandırılıb.

Hesabın bağlanması Xameneyinin bu paylaşımı ilə əlaqəli idi: "Sionist rejim səhv etdi. İranla bağlı hesablamalarında yanlışa yol verdi. İran xalqının hansı güc, qabiliyyət, təşəbbüs və iradəyə malik olduğunu göstərəcəyik".

Paylaşım oktyabrın 26-da İsrailin İranın hücumlaraına cavab olaraq bu ölkəyə hava zərbələrindən sonra edilmişdi.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun