Damla xəstəxanalıq oldu - Yenilənib - VİDEO

30 Oktyabr 2024 21:24

21:24

Müğənni Damla bir neçə gün əvvəl plastik əməliyyat etdirib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi instaqram səhifəsində keçirdiyi əməliyyatın təfərrüatlarını açıqlayıb.

Damla bildirib ki, bədənşəkilləndirmə əməliyyatı keçirib:

"Bu əməliyyatı dünya ulduzundan eşitmişdim. Bir aparat var. Onun köməkliyi ilə bədənşəkilləndirmə icra olunur. Bu əməliyyatla dəri bərkiyir və sıxlaşır. Bədənimdən yağ aldırmaq istəmirəm. Abdominoplastika (qarın gərmə əməliyyatı - red.) ümumiyyətlə istəmirəm. Heç zaman bu əməliyyatı keçirməmişəm. Sadəcə istədiyim dərimin bərk olmasıdır. Mən tez-tez arıqlayıb, kökəlirəm". 

-------------
2024.10.29

Müğənni Damla xəstəxanadan görüntülərini paylaşıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki,  sənətçi əməliyyata yollandığını nümayiş etdirib. O, hansı səbəbdən bıçaq altına yatdığını açıqlamayıb. 

Qeyd edək ki, Damla bundan əvvəl bir neçə dəfə plastik əməliyyat etdirib.

Milli.Az