Diddiyə qarşı yeni iddialar qaldırıldı

30 Oktyabr 2024 00:33

Amerikalı reper 'Diddy'ə qarşı iki yeni iddia qaldırılıb.

Milli.Az xəbər verir ki, Nyu-Yorkda açılan hər iki iddiada yetkinlik yaşına çatmayan oğlanların cinsi istismara məruz qaldığı iddia edilir.

Nyu-York əyalət məhkəməsinə irəli sürülən yeni iddialara görə, musiqiçi 2005-ci ildə 10 yaşlı uşağa və 2008-ci ildə 17 yaşlı oğlana qarşı istismarda ittiham olunur. Mülki iddia vəkil Toni Buzbi tərəfindən qaldırılıb və o, 150-dən çox zorakılıq qurbanını təmsil etdiyini bildirir. Vəkilin sözlərinə görə, o, artıq Diddiyə qarşı ən azı 17 iddia qaldırıb.

Combs-un vəkilləri isə "O, heç vaxt heç kimə, kişi və ya qadın, yetkin və ya yetkinlik yaşına çatmayan şəxsə iistismar etməyib" deyib.

Hadisələrin təfərrüatı hələlik açıqlanmayıb.

Nərmin Mahmudova
Milli.Az