Qovulsa da, cibi dolu getdi - milyonlar qazanacaq

29 Oktyabr 2024 17:38

"Mançester Yunayted"in müqaviləsinin müddəti başa çatmamış baş məşqçi postundan istefaya göndərdiyi Erik ten Haqa 20 milyon avro təzminat ödənəcəyi açıqlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı təzminat məbləğinin hamısını tələb edib.

Xatırladaq ki, ten Haq 2022-ci ilin aprelindən "Mançester Yunayted"i çalışdırırdı. 2023-cü ildə "qırmızı şeytanlar"la İngiltərə Kubokunu qazanan mütəxəssis 2024-cü ildə İngiltərə Liqa Kubokunda qələbə sevinci yaşayıb.

Qeyd edək ki, Erik ten Haqın Mançester təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.

Milli.Az