İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda Hizbullah hərəkatının yeraltı komanda məntəqəsini məhv edib.
Milli.Az xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.
"İD-nin əməliyyatı zamanı "Hizbullah"ın yeraltı qərargahı aşkar edilib və dağıdılıb" .
Mətbuat xidməti əlavə edib ki, yeraltı kompleksin ərazisində təxminən 500 kiloqram partlayıcı maddə aşkar edilib. İDF qüvvələri həm hərəkatın yeraltı infrastrukturunu, həm də tapdıqları partlayıcıları məhv edib.
Xatırladaq ki, oktyabrın 1-dən İsrail Livanın cənubunda Hizbullah qüvvələrinə qarşı quru əməliyyatı keçirir. Əməliyyat nəticəsində hərəkatın liderləri o cümlədən 90 mindən çox insan həlak olub.
Nərmin Mahmudova
Milli.Az