Həkimlərin maaşı ARTACAQ? - Rəsmi açıqlama

29 Oktyabr 2024 14:52

"Həkimlərin maaşının artırılması ilə bağlı ümidlər var".

Milli.Az bildirir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

N.Zeynalov qeyd edib ki, ümumilikdə tibb işçilərinin maaşlarının artırılması ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır:

"İcbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşməsini yeni maliyyə səviyyəsinə gətirib çıxarır. Xərclənən vəsaitlər hesabına əməkhaqlarının artırılması real olur. Biz onu artıq görürük".

O bildirib ki, nazirlik əməkhaqqının artırılması istiqamətində addımlar atır:

"Həmçinin artırılmış maaşları yenidən artırmağa çalışırıq. Həkimlərin gördüyü iş öz layiqli dəyərini tapmalıdır".

Milli.Az