Bütün işçiləri qovub süni intellekti "işlətdilər" - Ölkədə etiraz doğurdu

29 Oktyabr 2024 15:00

Radio şirkəti qalmaqallı qərarı ilə bağlı geri addım atıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Polşanın Krakov şəhərinin radio şirkəti "OFF Radio Krakow" qalmaqallı qərardan sonra geriyə addım atmaq məcburiyyətində qalıb.

Belə ki, bütün işçiləri işdən çıxaraq süni intellekt vasitəsi ilə işə davam edəcəyini elan edən radio şirkətinin rəhbəri Marcin Pulit bu qərarın etiraz doğurduğunu gördükdə bunun diqqət çəkmək üçün atılan addım kimi təqdim edib.

Marcin Pulit bildirib ki, yayımı süni intellekt yox, insanlar aparacaq.

Qeyd edək ki, oktyabr ayının 23-də bütün işçilərini qovduğunu elan edən qərara 23 min insan rəsmi şəkildə etiraz edib.

İslam
Milli.Az