"Neftçi"dən ayrılan Qara Qarayevin yeni komandası hələ bəlli deyil.
Milli.Az sportal.az-a istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqası klubları ilə yanaşı, həm də xarici klublardan birinə keçmək variantını nəzərdən keçirir.
Belə ki, Qarayevin karyerasını Türkiyədə davam etdirmək şansı var. İki klub onu heyətinə qatmaq istəyir.
Yaxın vaxtlarda təcrübəli futbolçu gələcək karyerası ilə bağlı qərarını verəcək.
Qarayev 2008-2023-cü illərdə "Qarabağ"da çıxış edib. Ötən mövsümü isə "Neftçi"də keçirib.
Milli.Az