Özəl bağçalarda təhsil alacaq uşaqların təhsil haqqının bir hissəsi dövlət tərəfindən ödəniləcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi direktoru Eşqi Bağırov mətbuat üçün keçirilən brifinq zamanı deyib.
"Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsinin məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir. Qrant vasitəsilə təhsil haqqının bir hissəsinin maliyyələşdirilməsi valideynlərin maliyyə yükünü azaldaraq daha çox uşağın keyfiyyətli təlim-tədrisə cəlb almasına şərait yaradacaq. Bununla da, məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayının artaraq 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının məqsədlərinə nail olunması təmin ediləcək. Dövlət-özəl əməkdaşlığı modelinin 1500 uşağı əhatə etməsi gözlənilir.
Növbəti il bu layihənin daha çox uşağı əhatə etməsi planlaşdırılır"
Milli.Az