Azərbaycanda 16 yaşlı qız yeznələri ilə birlikdə faciəvi şəkildə öldü - Təfərrüat

29 Oktyabr 2024 23:38

23:38

Şəmkirdə baş verən dəhşətli hadisə iki nəfərin həyatına son qoyub.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, yanğının fəsadlarını aradan qaldırmağa çalışan 16 yaşlı qız və ev sahibinin kürəkəni ehtiyatsızlıq nəticəsində elektrik cərəyanına düşərək həlak olublar.

Hadisə bu gün səhər saatlarında Şəmkirin Düyərli kəndində qeydə alınıb.

Yanğın baş verən evin sahibi və hadisə yerinə gələn qonşuların sözlərinə görə, faciənin səbəbi elektrik enerjisinin verilib-verilməməsi ilə bağlı anlaşılmazlıq olub.

Qeyd edək ki, həyatını itirən 16 yaşlı Pərvin Nəsibova ev sahibinin qonşusu idi. 31 yaşlı Hümbət İsmayılov isə təxminən iki ay əvvəl ev sahibinin qızı ilə ailə qurmuşdu.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

-------------
11:52

Şəmkirdə bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

Kənddə evlərdən birində 2008-ci il təvəllüdlü Pərvin Habil qızı Nəsibovanı və 1993-cü il təvəllüdlü Hümbət İkram oğlu İsmayılovu elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Bildirilir ki, səhər saatlarında Düyərli kəndində evdə yanğın olub və qısa vaxtda söndürülüb. Daha sonra ev sahibi və qohumları, eləcə də Pərvinlə Hümbət evdə təmizlik işləri görməyə başlayıblar. Bu zaman onları cərəyan vuraraq öldürüb.

Hümbət 16 yaşlı Pərvinin bacısının həyat yoldaşı imiş.

Milli.Az