Milyarder öldü, evin mühafizəçisinə milyonlarla dollar miras qaldı - FOTO

29 Oktyabr 2024 11:36

86 yaşında vəfat edən Hindistanın məşhur iş adamı Ratan Tatanın mirası açıqlanıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, o, 100 milyonluq sərvətini qardaşı Cimmi Tata və ögey bacılarına qoyub. Tata vəsiyyətnaməsinə aşpazını, evin qarovulçusunu və baş köməkçisini də daxil edib.

"Onlar bir daha işləmək məcburiyyətində qalmayacaqlar və çox yaxşı yaşayacaqlar", - deyə mərhumun dostu şərh edib.

Bildirilib ki, Tata eyni zamanda itinə də sərvətindən vəsait ayırıb. Bu, milyonçunun itinə və evindəki insanların qayğısına minnətdarlıq jestidir.

Nərmin Mahmudova
Milli.Az