Neftimiz 5%-ə yaxın ucuzlaşdı

29 Oktyabr 2024 10:00

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Milli.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,79ABŞ dolları və ya 4,95% azalaraq 72,84 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin öncəki qiyməti 76,63 dollar təşkil edib.

Milli.Az