“Xalam elçilərimizə "yox" deyir”

29 Oktyabr 2024 09:48

"Bacım Sevildə elçilər boldur. Hər zaman onun elçiləri çox olub. Amma anam o elçiləri bəyənmir. Anam çox seçicidir. Düşünür ki, bu cür qızımı bir oğlana ərə verəcəyəmsə yaxşı və xeyirli bir insana verim".

Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri müğənnilər Sevil - Sevinc Səfərova bacıları qonaq olduqları "Qonaqcanlı" verilişində deyiblər.

Əkizlər bildiriblər ki, anaları ilə bərabər xalaları Rəsmiyə xanım da elçilər mövzusunda diqqətlidir:

"Anamdan əvvəl xalam Rəsmiyyə xanım elçilərə yox deyir. O bizi o qədər çox istəyir ki... O bizdə olur. Elçi düşən kimi heç anamdan soruşmur zəng edir ona deyir ki, filankəsin filankəsi gəlmişdi birbaşa mən yox dedim. Mən qızlarımı onlara niyə verim?"

Milli.Az