Kənar Dairəvi yolda yük avtomobili aşdı - VİDEO

29 Oktyabr 2024 09:20

Bakı Kənar Dairəvi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat daxil olub.

Qeyd olunub ki, 99-JN-957 dövlət nömrə nişanlı yük maşını idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı xəsarət alanın olub-olmaması ilə bağlı məlumat yoxdur.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu verilib.

Milli.Az