Ağır vəziyyətdə olan meyxanaçı danışdı - ən sadiq dostum oksigen aparatıdır - VİDEO

29 Oktyabr 2024 08:01

Ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı Xəyyam Quliyevin yeni görüntüləri yayılıb.

Belə ki, bir ilə yaxındır yataq xəstəsi olan sənətçi bir neçə gündür evə buraxılaraq ambulator müalicə alır.

O bildirib ki, çətin günlərində Namiq Məna, Namiq Qaraçuxurlu və digər sənət yoldaşları onu yalnız buraxmayıb.

Qeyd edək ki, meyxanaçıya ürək çatışmazlığı diaqnozu qoyulub.

Ətraflı "Xəzər axşamı" verilişində:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun