Türkiyədə zəlzələ oldu

29 Oktyabr 2024 07:28

Türkiyənin Mersin vilayətində yerli vaxtla ssat 23:55`də 3.6 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin ocağının dərinliyi 11.5 kilometr təşkil edib.

Zəlzələ ətraf ərazilərdə də hiss olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun