64 ildən sonra ilkə imza atdı - FOTO

29 Oktyabr 2024 07:11

Xəbər verdiyimiz kimi, "Mançester Siti"nin oyunçusu Rodri bu ilki "Qızıl top"un qalibi olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, ilk "Ballon d`Or"unu qazanmaqla yanaşı daha bir ilkə imza atıb.

Belə ki, ulduz futbolçu 1960-cı ildən sonra bu mükafatı qazanan ilk ispaniyalı olub.

Sözügedən tarixdə "Qızıl top"a ispaniyalı futbolçu Luis Suares (1935 -2023) laiq görülmüşdü. O, 1957-1972-ci illərdə İspaniya millisini heyətində çıxış edib. "Barselona", "İnter" kimi klubların şərəfini qoruyub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun