Marsın gözəgörünməz canlıları: İzlərinə rast gəldilər

4 Noyabr 2024 03:03

Mikroblar Marsın səthində donmuş suyun altında yaşaya bilərlər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, elm adamları bu qənaətə NASA-nın yeni araşdırması zamanı gəliblər.

ABŞ tədqiqatçılarına görə, buzdan keçə bilən Günəş işığının həcmi planetin qabığının altındakı maye halında olan sularda fotosintez üçün kifayət edə bilər.

Materialda qeyd edilir ki, Yer kürəsində həmin təbəqədəki su və ya buzlar sözün əsl mənasında həyatla doludur. Söhbət fotosintezdən enerji alan bakteriya və mikroblardan gedir.

Alimlər deyirlər ki, Marsda iki növ buz var: donmuş su və donmuş karbon qazı.

Alimlərin bu barədə fikirləri fərqli olsa da, Günəşin təsiri ilə Marsda buzlaqların səthi altında su gölməçələrinin yarana biləcəyi mümkündür.

"Bu, Yer üzündə adi bir hadisədir. Sıx qar və buz içəridən əriyə bilər ki, bu da Günəş işığının onları yuxarıdan aşağıya əriməyə yox, istixana kimi isitməsinə şərait yaradır", - Arizona Dövlət Universitetindən tədqiqat həmmüəllifi Fil Kristensen deyib.

Yaxınlarda aparılan bir araşdırma Marsdakı bəzi buz təbəqələrinin 3 metrə qədər dərinlikdə fotosintez üçün kifayət qədər işıq ötürdüyü qənaətinə gəlinib.

Milli.Az