Almaniya XİN Berbokla bağlı kadrları təkzib etdi - Yenilənib - VİDEO

29 Oktyabr 2024 07:41

07:41

"Almaniyanın xarici işlər naziri Annalena Berbokun Çinə səfəri zamanı hava limanında qarşılanmaması ilə bağlı xəbərlər yalandır".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Sebastyan Fişer brifinqdə deyib.

Fişerin sözlərinə görə, video Çində deyil, Malayziyada çəkilib.

"Anlaşılmazlıq səbəbindən təyyarə səhv yerdə dayanıb. Bu səhvə görə nazirlə görüşən Malayziya rəsmilərinin nümayəndələri bir az uzaqda yerləşdirilib və Barbok qarşılanmaq üçün bir neçə addım getməli olub", - o bildirib.

Məlumata görə, Berbokun Malayziyaya səfəri 2024-cü ilin yanvarında baş tutub. Almaniyanın xarici işlər naziri Çinə apreldə səfər edib.

--------
23:11



Almaniyanın xarici işlər naziri Annalena Berbok bu gün Çinə səfəri zamanı hava limanında soyuq qarşılanma ilə rastlaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Daily Guardian" görüntülər paylaşıb.

Nazir təyyarədən enərkən onu heç bir rəsmi şəxs qarşılamayıb. Berbok üzləşdiyi münasibətə görə çaşqınlığını gizlədə bilməyib.

Həmin anlar kameralara belə yansıyıb:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun