Ərdoğan nazirlərlə son vəziyyəti müzakirə edir

28 Oktyabr 2024 19:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Türkiyə mediası məlumat yayıb.

İclasın gündəliyində bir neçə gün öncə TUSAŞ aerokosmik istehsalat müəssisəsinə edilən hücum, PKK-ya qarşı əməliyyatlar, eləcə də Yaxın Şərqdə artan gərginlik var.

Habelə, İran-İsrail və İsrail-Livan arasında artan gərginlik və Türkiyəyə mümkün təsirləri də dəyərləndirilir.

İclasda inflyasiyaya qarşı mübarizə, investisiya, məşğulluq və qiymət sabitliyi kimi məsələlərlə bağlı son vəziyyət də müzakirə olunur.

Milli.Az