Lavrov: Onlar çoxdan Ukraynadadırlar

28 Oktyabr 2024 17:48

Qərb ölkələrinin hərbçiləri çoxdan Ukraynadadırlar.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O, Qərbin Rusiya ilə Şimali Koreya arasında əməkdaşlıqla bağlı bəyanatlarını Qərb hərbçilərinin Ukraynaya göndərilməsinə köhnə tarixlə haqq qazandırmaq cəhdi adlandırıb.

"Rusiya ilə KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi gizli deyil, açıqdır. Sazişin bütün mətni dərc edilib və heç bir şəkildə beynəlxalq hüququn heç bir müddəasını pozmur, çünki o, digər şeylərlə yanaşı, müqavilənin iştirakçısı olan ölkələrdən birinə hərbi hücum edildiyi halda bir-birinə yardım göstərməyi nəzərdə tutur. Burada bizim mövqeyimiz tamamilə dürüstdür. Lakin hansısa bəhanə ilə Ukraynaya qoşun yeridəcəkləri barədə belə məkrli bəyanatlar uzun müddətdir baş verənlərə köhnə tarixlə haqq qazandırmaq cəhdidir".

Milli.Az