Portuqaliya - Azərbaycan oyununun hakimləri bəlli oldu

28 Oktyabr 2024 17:31

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəyi cavab oyununun hakim təyinatları açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, oktyabrın 29-da Vizelada baş tutacaq görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək:

29 oktyabr

Portuqaliya - Azərbaycan
Vizela stadionu. Saat 23:45
Baş hakim: Shona Shukrula
Baş hakimin köməkçiləri: Martina Boer, Ashley de Haan
Dördüncü hakim: Julia Van Es
VAR hakimləri: Jochem Kamphuis, Edwin Van De Graaf
(Hakimlər briqadası Niderlanddandır)
Hakim-inspektor: Marta Frías Acedo (İspaniya)
UEFA nümayəndəsi: Sabine Bonnin (Fransa)

Milli.Az