Vüqar Camalzadə "Üzbəüz" layihəsinin qonağı olub - FOTO

28 Oktyabr 2024 16:30

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Üzbəüz" layihəsi çərçivəsində bəstəkar, Əməkdar artist Vüqar Camalzadə ilə görüş baş tutub.

Vüqar Camalzadə tamaşaçıların suallarını cavablandıraraq, onlarla öz həyat və yaradıcılığını, təcrübələrini bölüşüb.

Görüşdə Gəncənin mədəniyyət və incəsənət xadimləri, tələbə və gənclər iştirak ediblər. 

Sonda bəstəkar salonda əyləşən gəncəlilərə öz minnətdarlığını bildirərək, layihənin bəstəkar və tamaşaçı arasında səmimi bir ünsiyyət körpüsünə çevrildiyini bildirib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az