Qauda ilə mozarella pendirinin fərqi nədir?

28 Oktyabr 2024 20:10

Qaud və mozzarella hər ikisi pendir növü olsa da, dad, hazırlanma üsulu, mənşə və istifadə sahəsi baxımından fərqlənirlər

Milli.Az qauda ilə mozarella pendiri arasındakı fərqi təqdim edir:

Mənşə və Tərkib:

Qaud: Niderland mənşəli pendirdir, inək südündən hazırlanır. Müxtəlif yaşlanma mərhələləri olur və köhnəldikcə dadı qoz ləzzətinə yaxın olur.

Mozzarella: İtaliya mənşəlidir, ənənəvi olaraq camış südündən hazırlanır, lakin günümüzdə daha çox inək südü ilə istehsal edilir. Mozzarella yumşaq, elastik quruluşlu və təzə istifadə edilən bir pendirdir.

Dad:

Qaud: Qaud pendirinin dadı şirin və qozlu olur, qaldıqca isə daha sərt olur və dadı yaxşıya doğru dəyişir.

Mozzarella: Mozzarella pendiri daha yumşaq, kremli və neytral bir dada malikdir, təzə istifadədə yumşaq, sulu və elastik olur.

İstifadə:

Qaud: Çox vaxt sendviçlərdə, salatlarda və ya təkbaşına qəlyanaltı kimi istifadə olunur. Yeməklərə əridilərək əlavə edilsə də, ərimə xüsusiyyəti mozarrella qədər deyil.

Mozzarella: Pizzalarda, lazanyada, salatlarda və müxtəlif İtalyan yeməklərində əvəzolunmazdır. Tərkibindəki elastikliyi və ərimə xüsusiyyəti ilə fərqlənir.

Gülçöhrə
Milli.Az